29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-Moskva təyyarəsi təcili eniş etdi

31.08.2019

Volqoqrad hava limanında 3 təyyarə təcili eniş edib. İki təyyarə sərnişinlərin özlərini pis etdikləri səbəbindən məcburən enib.
Cümə günü Moskva vaxtı ilə saat 22:00-da Krasnoyarsk-Simferopol aviareysi üzrə uçan təyyarə sərnişinin özünü pis etdiyinə görə təcili eniş edib. Sərnişin regional xəstəxanaya yerləşdirilib.
Qroznıdan Moskvaya uçan ikinci təyyarə isə hidravlik mayenin düşməsi ilə əlaqədar Moskva vaxtı ilə 01:18-də Volqoqrad aeroportuna təcili eniş istəyib.
Volqoqradda təcili eniş edən digər təyyarə isə Bakı-Moskva reysi ilə hərəkət edirdi. Buna səbəb təyyarədə 60 yaşlı qadının özünü pis hiss etməsi olub. O, xəstəxanaya yerləşdirilib.
"Qroznı-Vnukovo və Bakı-Moskva reysləri üzrə uçan təyyarələr hələ də Volqoqraddadır, hazırda onların yola düşməsi gözlənilir. Krasnoyarsk-Simferopol marşrutu üzrə uçan təyyarə isə artıq təyinat yerinə göndərilib", - deyə Volqoqrad hava limanında bildirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur: "Təyyarənin Volqoqraddan Moskvaya nə vaxt uçacağı hələ məlum deyil"./apa/