03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xameneidən Ruhaniyə xəbərdarlıq: ABŞ-la müzakirə...

29.08.2019

İranda nəşr olunan "Xətti Hizbullah” jurnalı ölkə prezidenti Həsən Ruhaninin "ABŞ sanksiyaları götürsə, Trampla danışıqlara hazırıq” açıqlaması ilə bağlı məqalə dərc edib.
Jurnalın üz qabığında İranın ali dini lideri Əli Xameneinin ötən ilin avqustunda verdiyi "ABŞ-la müzakirələr qəti şəkildə qadağan olunub. Bu, təkcə prezidentə yox, xarici işlər naziri və XİN-in digər rəsmilərinə də aiddir”, açıqlaması yerləşdirilib.
Digər səhifələrdə də Xameneinin ABŞ-la müzaklirələr barədə hökumətə xəbərdarlıqları xatırladılıb.
Qeyd edək ki, "Xətti Hizbullah” jurnalı Xameneinin ofisi tərəfindən nəşr olunur.