03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çingiz Mustafayev necə şəhid olub? 10 fakt - VİDEO

29.08.2019

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.
Çingiz Mustafayevlə bağlı 10 faktı təqdim edir:
1. Əslən Şəkidən olan Ç.Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində anadan olub.
2. Atası Çingizin hərbçi olmasını istədiyindən onu Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb. O, 7 il hərbi məktəbdə təhsil alıb.
3. Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk diceyi kimi də tanınır.
4. 1977-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib, daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilib.
5. 1979-cu ildən 1983-cü ilə kimi xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub.
6. Ç.Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşıdır.
7. Çingiz 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində rep səsləndirib. Sözügedən rep "Dünənki keçdi” adlanıb.
8. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Ç.Mustafayevin fəaliyyətini məhdudlaşdırdığından o, "215 kl” studiyasını yaradıb. Onun reportajları bir qayda olaraq cəbhə ilə bağlı olduğundan, "215 kl” studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edilirdi.
9. Milli Qəhrəman Allahverdi Bağırovun erməni hərbçi Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayev Xocalıda soyqırım zamanı qətlə yetirilən insanların görüntülərini lentə ala bilib.
10. Çingiz 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı qəlpə yarası alıb və sürətli qanaxmadan döyüş meydanında dünyasını dəyişib.
Bonus: Ç.Mustafayevin Xocalıda azərbaycanlılar tərəfindən vurulduğu deyilsə də, Qarabağ qazisi Bakir Behbudov və bəstəkar Rasim Müzəffərli bu iddiaların tamamilə əsassız olduğunu bildiriblər.
Çingiz şəhid olan zaman həmin yerdə döyüşən əsgərlərimiz də onun ermənilərin atəş açması nəticəsində şəhid olduğunu deyiblər. /Kult.az/