03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ilə Rusiya arasında Su-57 MÜZAKİRƏSİ

29.08.2019

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Moskvada Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şugayevlə görüşüb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi heyətlə birgə Rusiyaya səfər edən İsmayıl Dəmir geri dönməyib. Hazırda o, Rusiyada müdafiə sənayesinin ən son texnologiyaları ilə maraqlanır. Həmçinin S-400 ilə əlaqədar Türkiyə hərbçilərinin təlimlər alması və Su-57 döyüş təyyarələri ilə bağlı tərəflər arasında müzakirələr aparılır.
Dmitri Şuqayev İsmayıl Dəmirlə görüşü ilə bağlı açıqlama verərək bildirib ki, türk həmkarı ilə öncə S-400, sonra isə SU-35 və ya SU-57 təyyarələrinin Türkiyəyə satıla biləcəyi ilə əlaqədar məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu təyyarələr texniki xüsusiyyətlərinə görə, fərqli üstünlüklərə malikdir. Su-57 saatda maksimum 2600 kilometr sürətlə, Su-35 isə saatda 931 kilometr sürətlə uçur. Su-57-nin uşuş müddəti 5.8 saat, F-35-in isə 2 saat 36 dəqiqədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təyyarələrinin əvəzinə Rusiya istehsalı olan Su-35 və Su-57 döyüş təyyarələrinin alınacağını istisna etməyib.
O bu barədə qərarın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra veriləcəyini bildirib. Artıq dünən iki prezident arasında telefon danışığı olub.