04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Ərdoğana: Bunu alsan, limuzini hədiyyə edərəm

28.08.2019

Ötən gün Rusiyanın Jukovsk şəhərində açılan "MAKS-2019" Beynəlxalq Aerokosmik Sərgisində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoqlar yaşanıb.
Dövlət başçıları sərgidə nümayiş etdirilən müxtəlif nəqliyyat vasitələrinə baxış keçirərkən zarafatlaşıblar.
İki lider sərgidə nümayiş etdirilən stendləri gəzərkən RF liderinin istifadə etdiyi "Aurus" limuzininə baxıb. R.T.Ərdoğan maşının qiymətini soruşanda V.Putin 18 milyon rubla satıldığını bildirib. Türkiyə Prezidenti buna cavab olaraq "fikirləşərəm" deyib.
Dövlət başçılarının maraqlı dialoqu helikopterə baxış zamanı davam edib. V.Putin türk liderə xitab edərək qiyməti səkkiz milyon dollar olan helikopteri satın alarsa, limuzini ona hədiyyə edəcəyini vurğulayıb.
R.T.Ərdoğan rusiyalı həmkarının təklifinə "ok" deyib.