04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AFFA-dan "Sumqayıt"a xəbərdarlıq

28.08.2019

AFFA İntizam Komitəsi "Sumqayıt"un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib.
Xəbər verildiyi kimi, buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, bu hal təkrar olunarsa, Rəfiyev və Abbasov İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.
Qurum "Zirə"nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda "Neftçi"yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib.