29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ"-"Linfild" oyununun hakim heyəti açıqlandı

27.08.2019

"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.
"Qarabağ" futbol komandasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Baş hakimə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.
Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Xatırladaq ki, "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə məğlub olmuşdu.