29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan artıq Moskvadadır - nələr müzakirə olunacaq?

27.08.2019

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan artıq Moskvadadır. Əsəd ordusunun İdlibdə əməliyyatlara başlaması fonunda baş tutan bu səfər zamanı Ərdoğanın Putindən nə istəyəcəyi əsas müzakirə mövzusudur.
Xəbər verildiyi kimi, yüksək səviyyəli Türkiyə rəsmisi "Röyters”ə Ərdoğanın Putindən nə istəyəcəyini açıqlayıb.
"Ərdoğan bölgədə türk əsgərinin qorunması üçün addımların atılmasını istəyəcək. Rusiyanın bu məsələdə Əsəd üzərindəki nüfuzunu işə salacağını gözləyirik. Türk əsgərinə ən kiçik hücum olarsa, total hücumla cavab verəcəyik. Putindən oradakı problemləri aradan qaldıracaq addımlar atmağını gözləyirik”, - deyə Türkiyə rəsmisi qeyd edib.