07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çoban mal-qaranı oğurladı

27.08.2019

Zaqatalada fermadan 27 baş iri və xırdabuynuzlu heyvan oğurlanıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Belə ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Abdulla Həmzəyev ona məxsus fermadan 23 baş xırdabuynuzlu, dörd baş iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həmzəyevə məxsus ümumilikdə 27 baş xırda və iribuynuzlu mal-qaranı oğurlayan şəxsin rayonun Muxax kənd sakini, elə həmin fermada çoban işləyən 32 yaşlı Həsən İbrahimov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə aparılıb. Oğurladığı heyvanlardan bir neçəsi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. 
Faktla bağlı araşdırma aparılır.