08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya G8 formatına qayıda bilər

27.08.2019

Müəyyən şərtlərə riayət etməklə G8 ("Böyük səkkizlik") formatına qayıtmağı istisna etmək olmaz, lakin bu proses vaxt apara bilər.
Bunu Yaponiyanın Xarici İşlər naziri Taro Kono bəyan edib.
Nazir qeyd edib ki, "səkkizlik" formatı daha öncə də olub, bununla əlaqədar olaraq, Rusiyanın da iştirak etdiyi G8 formatına müəyyən şərtlərlə qayıtmaq mümkündür.
O əlavə edib ki, Yaponiyanın Krımla bağlı mövqeyi dəyişmir və yarımadanın Rusiyaya ilhaqını qəbuledilməz hesab edir.
Bir müddət əvvəl Birləşmiş Ştatların lideri Donald Tramp mətbuat konfransı zamanı bildirib ki, ABŞ-da keçiriləcək növbəti G7 sammitinə Rusiya Prezidenti Vladimir Putin də dəvət olunacaq.