07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şok ideya FİFA-dan - Robot hakim

26.08.2019

FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə robotlardan istifadə etmək barədə düşünür.
Xəbər verildiyi kimi, bu haqda Britaniyanın "Mirror" nəşri məlumat yayıb. "FİFA-nın departamenti artıq bununla bağlı müvafiq araşdışdırmalar aparır. Robotlar laysmanları əvəz edə bilərmi? Bunun gələcəkdə həyata keçməsi mümkündür" - deyə FİFA-ya yaxın mənbə bildirib.
Alim Yan Pirson isə deyib ki, 2030-cu ilə kimi Premyer Liqa, La Liqa və A seriyasında robot-hakimdən istifadə edilə bilər.
Qeyd edək ki, son illər futbolda müasir texnologiyaların tətbiqi genişlənməyə başlayır. İlk belə addım qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən kompüter funksiyası olub. 2018-ci ildən başlayaraq isə VAR sistemi tətbiq olunub. Bunun sayəsində hakimlər epizodlara təkrar baxa və bundan sonra qərar çıxara bilərlər.