Misir komandası sürətli şahmat üzrə yarışların   qalibi oldu 
    
                          
     
                         26.08.2019
 
    
                        					"Dövran Media"Azərtac-a istinadən xəbər verir ki, Mərakeşin Kasablanka şəhərində təşkil olunan turnirdə misirlilər Zimbabve yığması ilə mübarizəni 8 qələbə, 1 heç-heçə ilə başa vuraraq yarışın qalibi olublar. Əlcəzair şahmatçıları gümüş medal qazanıblar. Üçüncü yeri isə Zimbabve oyunçuları tutublar. Dördüncü və beşinci yerlərdə, müvafiq olaraq Nigeriya və Botsvana komandaları qərarlaşıblar.
Avqustun 26-dan 28-dək Kasablankada kişilər və qadınlar arasında fərdi proqramda sürətli şahmat və blitz yarışları keçiriləcək.