08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Komissiyasından prezidentə TƏBRİK

20.04.2018

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Cənab Prezident. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Ümidvaram ki, yeni mandatınız Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsi, xüsusən də fundamental dəyərlərə və prinsiplərə, o cümlədən siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli saziş üzrə aparılan danışıqların yekunlaşdırılması üçün zəmin yaradacaq. Bizim vacib hesab etdiyimiz məsələlərin mərkəzində fundamental hüquqlara və demokratik prinsiplərə hörmət hissi dayanır və mən Sizin həmin mühüm dəyərlər istiqamətində qətiyyətli fəaliyyət göstərəcəyinizə əminəm. Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
"DM"