28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

G7 sammiti işə başlayır

24.08.2019

Bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məlumata görə, şənbə günü axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək. 
Qeyd edilir ki, dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.
Qeyd edək ki, birlik 1975-ci ildə yaradılıb. Onun təşəbbüskarı Fransa olub. Birliyin əsas müzakirə mövzuları ətraf mühitin müdafiəsi, iqlim dəyişikliyi, dünyada bərabərsizliklə mübarizə olub.