28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Heroinli şirniyyat" yeyəcəkdilər, amma ...

23.08.2019

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsmayılov Şahsevən Mayıl oğluna qonşusu, Kəlbəcər rayon sakini Əliyev Qabil Məhəmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0.830 qram narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.