"Koutinyonu almağa pulumuz çatmadı"  - Klopp 
    
                          
     
                         22.08.2019
 
    
                        					"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.
Almaniyalı mütəxəssis "Koutinyou niyə yenidən transfer etmədiniz" sualını belə cavablandırıb:
"Onunla maraqlandığımızı deyə bilərəm. Sizə bir az gülməli və qəribə gələ bilər, ancaq pulumuz çatmadı. Onsuz da Koutinyonun satışından qazandığımız pulu çoxdan xərcləmişdik".
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçərkən klubuna 160 milyon avro qazandırmışdı.