29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göyçayda dünya çempionu ilə görüş

22.08.2019

Göyçay Rayon İcra Hakimiyyətində iyulun 29-dan avqustun 4-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən dünya birinciliyində çempion adını qazanan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Laçın Pənah oğlu Vəliyevlə görüş keçirilib. Görüşdə idmançılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeniyetmə güləşçi Laçın Vəliyevi və onun məşqçisi Kamran Baxışovu qazanılan böyük uğur münasibətilə təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb. Mehdi Səlimzadə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, gənc idmançılar, məşqçi-müəllimlər, veteran idmançılar çempionu təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdə dünya birincisi Laçın Vəliyevə xatirə hədiyyəsi verilib.