Küçə ticarətinə icazə verilib?  - AÇIQLAMA 
    
                          
     
                         22.08.2019
 
    
                        Küçə ticarətinə polisin icazə verməsi ilə bağlı yayılan məlumatlar uydurmadır.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.
"Küçə ticarəti ilə bağlı sosial şəbəkə istifadəçilərdən müraciətlər daxil olur. Açıq platformadan bir daha diqqətə çatdırırıq ki, polisin küçə ticarətinə şərait yaratması ilə bağlı yayılan "Polis icazə verib” məlumatları uydurmadır. Bu, ayrı-ayırı işbazların öz fəaliyyətlərini legitimləşdirmək üçün ictimai fikri çaşdırmağa yönələn cəhdləridir. İnanmayın!” - məlumatda qeyd olunub.