09 10 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

22.08.2019

"Azərbaycanda qan donorluğunun 92 ildən çox tarixi var".
Bunu 19-cu Beynəlxalq Gənclər Forumunda çıxışında Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov deyib. Onun sözlərinə görə, ilk qan 1927-ci ildə ağır formalı anemiyadan əziyyət çəkən, mədə xərçəngi diaqnozu qoyulan xəstəyə köçürülüb:
"Donorların çox hissəsini gənclər təşkil edir. Son zamanlar Azərbaycanda 5 dəıfə Gənc Donorlar Forumu keçirilib. Bu forumlar müxtəlif bölgələrdə təşkil olunub".
Baş hemetoloq 2005-ci və 2018-ci illərin göstəriciləri arasındakı fərqləri də deyib. Bildirib ki, 2005-ci ildə Azərbaycanda 1000 nəfərə 2.7 donor düşürdüsə, 2018-ci ildə bu rəqəm 10 olub: "Ümumdünya Səhiyyə Təşkıilatının məlumatına görə, hansı ölkədə bu say 10 nəfərə çatıbsa, o ölkə özünü qan və qan preparatları ilə təmin edə bilir. Dünyada belə ölkələrin sayı 70-dir".