29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təhlükəsiz zona ilə bağlıTürkiyə və ABŞ danışıqları başladı

22.08.2019

Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə naziri Mark Esperin bu gün telefon danışığı olub.Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirlib ki, telefon danışığında Hulusi Akar Suriyada Fıratın şərqində təhlükəsiz zona ilə əlaqədar gözlənən görüş və gözləntilərini bildirib. 
Nazir sözügedən bölgədə təhlükəsizlik zonansının müəyyən olunan əsaslar çərçivəsində tez bir zamanda yaradılmasını vacibliyini vurğulayıb. 
Məlumatda daha sonra qeyd olunub ki, bu gündən etibarən təhlükəsiz zona məsələsinin ilk etapı başlanır. Bununla bağlı hər iki tərəfin hərbi heyətinin Ankarada ğörüşü ilə bağlı razılıq əldə edilib.
Bu barədə rəsmi Pentaqon da açıqlama yayınlayıb.