29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liderlər Ankarada GÖRÜŞƏCƏK

22.08.2019

Rusiya, İran və Türkiyə liderlərinin sammiti sentyabrın 16-da Ankarada keçiriləcək.
Dövran Media Azərtac-a istinadla xəbər verir ki, Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə Suriya məsələsi müzakirə ediləcək. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.
Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sentyabrın 11-də üçtərəfli Sammit keçirilməsi planı barədə danışmışdı. Rusiya Prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, görüşdə Suriya münaqişəsinin tənzimlənməsinin bütün aspektləri, o cümlədən humanitar və siyasi məsələlər, habelə yer üzündə vəziyyət müzakirə ediləcək.
Xatırladaq ki, Rusiya, İran və Türkiyə liderlərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.