29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəşadın atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı

21.08.2019

Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevinatası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
O, oğlu ilə fəxr etdiyini bildirib:
"Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - şəhid atası bildirib.