29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhidimizin həyat yoldaşından ÜRƏKDAĞLAYAN SÖZLƏR

21.08.2019

"Rəşad Atakişiyevin məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı".
Bu sözləri təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun həyat yoldaşı Könül Hüseynova deyib.
Könül Hüseynova da pilotun yolunu övladlarının davam etdirəcəyini bildirib: "Rəşad mərd, vətənpərvər, gözəl insan idi. Həyat yoldaşım pak hisslərlə yaşayırdı. O iki gül balası da onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcək".
Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti bu günlərdə nəşin tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik". (report)