29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni mədrəsələr açılır - Şeyx

21.08.2019

Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba-Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya müsahibəsində bildirib.
A.Paşazadə qeyd edib ki, həm İlahiyyat İnstitutunun yaradılması, həm də dini kolleclərin fəaliyyətə başlaması dəyərli kadrların mövcudluğu baxımından mühüm hadisələrdir:
"Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə diqqəti ilbəil artırır. Bu sahədə görülən tədbirlər ardıcıllığı, təkmilliyi ilə seçilir. Dini maarifçilik sahəsində İlahiyyat İnstitutunun yaradılması mühüm hadisə oldu. İnstitutun fəaliyyətinə, tələbələrinə uğurlar arzulayıram. Yeri gəlmişkən, İnstitutun tələbələrindən fərqlənənlərə tərəfimdən Şeyxülislam təqaüdü ayrılıb. Bizi sevindirən mühüm qərarlardan biri dini kolleclərin - mədrəsələrin fəaliyyətə başlaması ilə bağlı sərəncamdır. Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba və Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir”.
QMİ sədrinin sözlərinə görə, dini ayinlərin icrası ilə bağlı elə məsələlər var ki, onlar məhz mədrəsələrdə tədris olunmalıdır və İlahiyyat İnstitutunun proqramına daxil deyil:
"İnşallah, yaxın illərdə istər İlahiyyat İnstitutunun, istərsə də dini kolleclərin məzunları öz potensiallarını nümayiş etdirəcəklər. Dini təhsillə bağlı təkliflərimizin nəzərə alınması dini mərkəz olaraq bizi qane edir. İstər dərs proqramlarının hazırlanması, istərsə də dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edirik. Qanunverici səviyyədə dəyişikliklər, yeniliklər gündəmə gələndə QMİ öz təklif və tövsiyələri ilə çıxış edir. Bu əməkdaşlıq öz müsbət nəticələrini verir”.