03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Venesuealanı mühasirəyə almaq istəyir

20.08.2019

ABŞ prezidenti Donald Tramp Venesuelaya malların giriş-çıxışının tamamilə qadağan edilməsi üçün bu ölkəni dənizdən mühasirəyə almağı düşünür.
Axar.az xəbər verir ki, "Axios” agentliyi bu iddia ilə çıxış edib.
Bildirilib ki, Ağ Ev rəhbəri hələ il yarım bundan əvvəl bu təşəbbüsü ölkə rəsmiləri ilə müzakirəyə çıxarıb. Lakin ABŞ Baş Qərargahının yüksək rütbəli nümayəndələri bu ideyanın olduqca bahalı və mümkünsüz olduğunu ölkə rəhbərinə bildiriblər.
2800 km-lik sahilə malik Venesuela ilə bağlı belə addımın atılması İran və Çin regionundakı savaş gəmilərinin də səfərbərliyini tələb edir. Belə olan halda ABŞ-ın Yaxın və Uzaq Şərqə nəzarəti zəifləyər.
Bundan əlavə, yaxın ətrafı Trampa belə qərarın hüququ əsasının olmadığını çatdırıb.