03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"New York Times": İŞİD "dirilir" - SƏFƏRBƏRLİK

20.08.2019

İŞİD terror təşkilatı Suriya və İraqda qüvvələrini bərpa edir.
"The New York Times" nəşri yazır ki, bu barədə ABŞ və İraqdakı kəşfiyyat və hərbi mənbələr məlumat yayıblar.
Bildirilir ki, İŞİD gücünü qaçqın düşərgələrindəki insanların terror təşkilatına qoşulması sayəsində artırır.
İddiaya əsasən, təqribən 18 min silahlı səfərbər edilib. Onlar snayperlər vasitəsilə hücum təşkil edir, insanları qaçırdır, güc strukturları əməkdaşlarına və ictimai xadimlərə hücum edirlər.
Nəşrin ehtimalına görə, İŞİD-in ehtiyatında təqribən 400 milyon dollar vəsait var. Terror qruplaşmasının rəhbərləri balıqçılığa, avtomobil biznesinə qoyulan vəsaitlərdən və narkotik qaçaqmalçılığından gəlir əldə edirlər.