29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir məsul işçi cərimələndi

19.08.2019

Bağlar Sukanal idarəsinin məsul işçisi cəzalandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindənverilən məlumata görə, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə nazirlik əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində reyd keçirilib.
Reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.
Faktla bağlı "Azərsu" ASC-nin Bağlar Sukanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar Sukanal idarəsinə icrası məcburi göstəriş verilib.