29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya qorxuya düşdü: Rusiya bu regionu işğal edir

19.08.2019

Rusiya muzdlular vasitəsilə Afrikanı öz təsir dairəsinə salır, ona görə də Britaniya regionda mövcudluğunu gücləndirməlidir.
Bunu "Tayms”a müsahibəsində Britaniya ordusunun Baş Qərargah rəisi Nik Karter deyib.
"Afrika qitəsinə kiçik antiterror bölmələrinin göndərilməsi inkişafda olan ölkələrin "Vaqner” qrupuna yox, Qərbə yön almasına yardım edəcək. Afrikada Rusiyanın özəl hərbi şirkətinin mövcudluğu Britaniyanı narahat edir. Ona görə ki, Moskva bu bölgədə Britaniya ekspertlərinin hesablamalarından daha sürətli formada yerləşib. Rusiyalılar informasiya manipulyasiyasının ustasıdırlar. Onlar afrikalıları özlərinin Qərbdən daha yaxşı müttəfiq olmasına inandırmağa çalışırlar”, – deyə o bildirib.