29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müəllimlərin işə qəbulu üzrə müsahibə başladı

19.08.2019

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır.
Təhsil Nazirliyindən verilən məlumata görə, 19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3728 nəfərin iştirakı gözlənilir. 
Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər. 
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər.
Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.