06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sürücülər "fast food" qadağası

18.08.2019

Minnesota ştatının Minneapolis şəhərində yerli hökumət sürücülərə "drive-thru" tipli kafe və restoranlardan istifadəni qadağan edib. Maşından çıxmadan "fast food" yeməklər almaq mümkün olan bu tip iaşə obyektləri ABŞ-da sürücülər arasında dəbdədir.
Qadağanın səbəblərini göstərən şəhər rəhbərliyi hesab edir ki, belə xidmətlər ümumilikdə şəhər həyatına mənfi təsir göstərir. Birincisi, bu xidmətə görə maşının motorunu söndürmədən gözləyən sürücülər atmosferi çirkləndirirlər. İkincisi isə, bu tip restoranların yerləşdiyi kvartallarda daha çox piyada vurulur. Bunun səbəbi də sürücülərin sükan arxasında yemək yeyərkən diqqətlərinin yayınmasıdır.