01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Tayvana F-16 verməyi planlaşdırır

17.08.2019

ABŞ Tayvana F-16 təyyarələrini tədarük edə bilər.
ABŞ Prezident Administrasiyası onlarla hərbi təyyarənin tədarükü ilə bağlı məsələyə baxması üçün layihəni Nümayəndələr Palatası və Senatın Xarici İşlər Komitəsinə göndərib.
Ümumilikdə Tayvanla bu istiqamətdə imzalanacaq müqavilənin dəyərinin 8 milyard dollar həcmində olacağı gözlənilir. Vaşinqtonun həmçinin Tayvanla əlavə 2,2 milyard dollarlıq müqavilə imzalamaq niyyəti də var. Belə ki, bu müqavilə sayəsində ABŞ Tayvana Abrams tankları və Stinger komplekslərini göndərmək istəyir.