09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

18 nazir istefa verdi - SİYAHI - Gözlər Prezidentdə +YENİLƏNİB

18.04.2018

Azərbaycan Nazirlər Kabineti bu gün istefaya göndərilib.
"Dövran Media" xəbər verir ki, Azərbaycan Prezidenti and içdiyi gündən etibarən öz səlahiyyətlərinin icrasına başlayır.
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməyə başladığı gün Nazirlər Kabinetini istefaya göndərir.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, köhnə hökumət andiçmə mərasimindən dərhal sonra istefaya göndərilir. Həmin maddə də deyilir: "Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir”.
Hazırda Nazirlər Kabinetinin 7 nəfər İdarə heyətinin üzvü və 18 nazirliyi aşağıdakılardır:
1. Baş nazir Artur Tahir oğlu Rasizadə
2. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov
3. Baş nazirin müavini Abid Qoca oğlu Şərifov
4. Baş nazirin müavini Elçin İlyas oğlu Əfəndiyev
5. Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov
6. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Şamil oğlu Həsənov
7. Baş nazirin müavini İsmət Dursun oğlu Abasov
8. Daxili İşlər naziri Ramil İdris oğlu Usubov
9. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırov
10. Energetika naziri Pərviz Şahbazov
11. Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov
12. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Yanvar oğlu Müslümov
13. Gənclər və İdman naziri Azad Arif oğlu Rəhimov
14. Fövqəladə Hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov
15. Xarici İşlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov
16. İqtisadiyyat və sənaye naziri Şahin Abdulla oğlu Mustafayev
17. Kənd Təsərrüfatı naziri Heydər Xanış oğlu Əsədov
18. Maliyyə naziri Samir Rauf oğlu Şərifov
19. Mədəniyyət və Turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayev
20. Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov
21. Müdafiə Sənayesi naziri Yavər Talıb oğlu Camalov
22. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə
23. Səhiyyə naziri Oqtay Kazım oğlu Şirəliyev
24. Təhsil naziri Ceyhun Əziz oğlu Bayramov
25. Vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov
Həmçinin Nazirlər Kabineti özündə 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsini də birləşdirir.
Qeyd edək ki, Prezident İlham Əliyev yaxın günlərdə yeni hökumətin formalaşdırılması üçün Milli Məclisə müraciət edəcək.
***
Azərbaycan Nazirlər Kabineti bu gün istefa verəcək.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,02 faiz səs toplayaraq qalib gəlmiş İlham Əliyevin bu gün andiçmə mərasimi keçirilib.