01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ beynəlxalq yardım xərclərini azaldır

16.08.2019

Donald Tramp administrasiyası ABŞ-ın beynəlxalq yardım xərclərini 4 milyard dollardan çox azaltmaq niyyətindədir.
Bu barədə "Politico” saytı etibarlı mənbəyə istinadən məlumat yayıb.
Ağ Evin büdcə məsələləri ilə bağlı bürosunda hazırlanan layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xərclərini 2.4 milyard dollar, Dövlət Departamenti tərəfindən həyata keçirilən beynəlxalq yardım proqramlarının xərclərini isə 2 milyard dollar azaltmağı nəzərdə tutur.
Sözügedən sənəd həmçinin BMT-nin sülhməramlı fəaliyyətlərinə 787 milyon dollar, BMT büdcəsinə 522 milyon dollar və beynəlxalq təşkilatın humanitar və insan hüquqları ilə bağlı proqramlarına 364 milyon dollar yardımı kəsməyi tövsiyə edir.
Gələn həftə layihənin ABŞ Konqresinə göndəriləcəyi bildirilib. 45 gün ərzində Konqres bu təklifin qəbul olunması və ya rəddi barədə qərar verəcək.