08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təyyarənin mühərriki partladı: Dəhşətli anların - VİDEOSU

18.04.2018

Aprelin 17-də "Southwest” Hava Yollarının "Boinq 737-700” tipli təyyarəsi qəza şəraitində enməyə məcbur olub. Uçuş zamanı mühərriki partlayan sərnişin təyyarəsi Filadelfiya Beynəlxalq Aeroportuna üz tutub.
"Dövran Media" xəbər verir ki, Nyu Yorkun "La Guardia” Beynəlxalq Aeroportundan Dallas şəhərinə uçan 1380 nömrəli reys təxminən saat 11:27-də, yəni fövqəladə vəziyyət elan olunduqdan 12 dəqiqə sonra Filadelfiyada eniş edib. Sərt eniş səbəbindən 1 nəfər həlak olub, yüngül xəsarət alan 7 nəfər dərhal xəstəxanaya çatdırılıb.
"Southwest”in verdiyi məlumata görə, təyyarədə 143 sərnişin və beş heyət üzvü olub.
***
Havada ikən mühərriki partlayan "Boinq 737-700" təyyarəsinin qəza enişinin salonda doğurduğu həyəcanı əks etdirən video yayılıb.
Son məlumata görə, bir qadın ölüb, 20 sərnişin isə yaralanıb.