29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada Azərbaycanlı gənc bir insanı yanğından xilas etdi - VİDEO

15.08.2019

Rusiyanın Nijnevartovsk şəhərində 25 yaşlı azərbaycanlı Şəhriyar Axundov yanan evin sakinini xilas edib.
Xəbər verildiyi kimi, yanğın Divni qəsəbəsindəki fərdi evdə baş verib.
Bir neçə dəqiqədən sonra yanğın bütün taxta tikilini əhatə edib. Bu zaman yaxınlıqda olan Ş.Axundov hasarın üstündən tullanaraq yanan evə girib və köməksiz vəziyyətdə qalan şəxsi xilas edib.
"Köməyə ehtiyacı olan insanlar var. Ona görə də qorxmurdum. Mən kömək etməli idim.
Düşündüm ki, yanan evdə uşaqlar, qocalar ola bilər. Hər kəsin yardıma ehtiyacı var. Kimsə ehtiyac duyursa, onlara kömək etmək lazımdır”, - azərbaycanlı gənc deyib.