29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvada etirazlar səngimir

15.08.2019

Moskvada etirazçılar Kremli dalana dirəyib.
Verilən xəbərə görə, bu iddia ilə "Tayms” qəzetində məqalə dərc edilib.
Məqalədə hazırda Rusiya Prezidenti Vladimir Putinin Moskvadakı etirazların digər şəhərlərə də yayılacağından qorxduğunu bildirilib:
"O, dilemma qarşısındadır. Ya repressiya tətbiq edərək, dəstəyi artan etirazçıları sıxışdırmalı, ya da güzəştlər edilməlidir”.
"Tayms” etirazçılara güc tətbiqinin hökumət üçün riskli olduğunu yazıb:
"Çünki bu yay baş tutan aksiyalar göstərdi ki, güc tətbiqi yalnız etirazçıların güclənməsinə xidmət edir. Ona görə də Rusiya prezidentinə yalnız etirazların 2012-ci ildə olduğu kimi sakitləşərək dağılmasına ümid etməkdən başqa heç nə qalmır. Lakin hazırkı iqtisadi problemlər və əmək haqlarında azalma olduğu dönəmdə bunun reallaşması inandırıcı görünmür. Əgər Putin etirazçıların öhdəsindən gəlməsə, onun itirəcəyi çox şey olacaq”.