29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bolton: Rusiya bunu bizdən oğurlayır

15.08.2019

Rusiya yeni hipersonik silahını ABŞ-dan oğurladığı texnologiyalar əsasında hazırlayır.
Bunu "Amerikanın Səsi”nə müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
Jurnalistin bir müddət öncə Rusiyanın Arxangelsk vilayətində izotopik güc qaynaqlı maye reaktiv sürət sisteminin sınağı zamanı baş verən partlayışı şərh etməklə bağlı xahişinə Bolton deyəcəklərindən daha çox şey bildiyini söyləməklə cavab verib. O bu insidentin Rusiyanın nüvə silahı daşınması vasitəsi hazırladığını göstərdiyini bildirib:
"Bu onu göstərir ki, iqtisadi baxımdan Niderlandla müqayisə ediləcək Rusiya hələ də müdafiə üçün kifayət qədər çox məbləğ xərcləyir. Bu məbləğ təkcə öz nüvə arsenalını modernləşdirməyə yox, həm də ABŞ-dan oğurladıqları texnologiyalar əsasında yeni növ daşınma vasitələri, hipersionik raketlərin yaradılması üçün xərclənir”.