07 09 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ukraynada yüzlərlə yaşayış məntəqəsi işıqsız qaldı

14.08.2019

Ukraynada 205 yaşayış məntəqəsi işıqsız qalıb.
Xəbər verildiyi kimi, buna səbəb ölkədə müşahidə edilən kəskin hava şəraitidir.
Belə ki, yağışla müşahidə edilən güclü külək və ildırım xüsusən Çernikovski vilayətində elektrik təchizatına ziyan vurub. Məlumata görə, burada 105 yaşayış məntəqəsinin elektrik təchizatında problem yaranıb. Bundan başqa, Lvov, Çernovits, Kiyev və Jitomirdə də eyni problem yaşanır. Burada güclü külək elektrik dirəklərini aşırmaqla yanaşı, evlərin dam örtüklərini də dağıdıb.
Hazırda həmin ərazilərdə elektrik verilişinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülür.