29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran ona qarşı ölüm hökmünü ləğv edib

14.08.2019

İranın Ali Məhkəməsi sabiq vitse-prezident və Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfiyə qarşı çıxarılmış ölüm hökmünü ləğv edib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, həyat yoldaşını odlu silahla qətlə yetirdikdən sonra polisə təslim olan M.Ə.Nəcəfiyə qarşı məhkəmə ölüm hökmü qərarı vermişdi. Lakin keçmiş merin qətlə yetirdiyi həyat yoldaşının qardaşı (qaynı) Məsud Ostad "qana-qan” qanunundan istifadə etməyəcəyini və M.Ə. Nəcəfini bağışladığını bildirib. Bundan sonra işə baxan Ali Məhkəmə ölüm hökmü qərarını ləğv edib.
İran qanunlarına əsasən, qəsdən adam öldürməyin cəzası ölüm hökmüdür. Əgər qətlə yetirilənin ailəsi qətlə yetirəni bağışlayırsa, onda məhkəmə ölüm hökmünə xitam verir. Yəni, məhkum ölüm hökmündən azad olur və uzun müddətə azadlıqdan məhrum edilir. Onu da qeyd etmək lazımdır ki, qanuna əsasən bəzi hallarda qətlə yetirilənin ailəsi qətlə yetirəni bağışlamır. Bu halda məhkuma qarşı çıxarılmış ölüm hökmü icra edilir.
Xatırladaq ki, M.Ə.Nəcəfi İranın ictimai-siyasi həyatında kifayət qədər tanınmış adamdır. O uzun müddət vitse-prezident və Tehran şəhərini meri vəzifələrində çalışıb.