İran azərbaycanlısı komandan   təyin olundu  
    
                          
     
                         14.08.2019
 
    
                        					ABŞ Hərbi Dəniz Donanmasının kapitanı Kavon Həkimzadə "USS Harry S.Truman" aviadaşıyıcısının komandanı təyin olunub.
Xəbər verildiyi kimi, bu barədə politoloq Şahin Cəfərli məlumat yayıb.
Məlumata görə, Həkimzadənin atası iranlı, anası amerikalıdır. Ailə islam inqilabından sonra İranı tərk edib. Həmin vaxt K.Həkimzadə 11 yaşında olub.
30 ildir donanmada xidmət edən Həkimzadə bundan əvvəl ABŞ 6-cı donanmasının flaqmanı "Mount Whitney" gəmisinin komandiri idi.
Qeyd edək ki, Kavon Həkimzadə İran azərbaycanlısıdır.