Üç ölkə arasında   razılaşma imzalandı 
    
                          
     
                         14.08.2019
 
    
                        					Rusiya, Azərbaycan və İran bu üç ölkənin enerji sistemləri arasında "Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birgə hazırlanması barədə razılaşma imzalayıblar.
Xəbəbr verildiyi kimi, bu barədə məlumatı Rusiyanın "Sistem operatoru” şirkəti yayıb.
Məlumata görə, razılaşma 12 avqustda imzalanıb. Rusiya tərəfindən razılaşmaya "Sistem operatoru”, "Rosseti”, Azərbaycandan "Azərenerji”, İrandan isə "Tavanir” imza atıb.