ABŞ-ın bu xəyalı çətin ki reallaşsın - Ruhani 
    
                          
     
                         14.08.2019
 
    
                        ABŞ-ın Fars və Oman körfəzində koalisiya yaratmaq niyyəti barədə bəyanatı xəyali xarakter daşıyır və çətin ki reallaşsın.
Xəbər verildiyi kimi, bunu hökumətin iclasında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani deyib.
"Əgər bəyanatın hansısa hissəsi reallaşsa belə, onun regionda təhlükəsizliyə xidmət edəcəyi inandırıcı görünmür. Fars körfəzi ölkələrinin özləri öz təhlükəsizliklərini təmin etmək gücündədirlər və onların xarici qüvvələrə ehtiyacları yoxdur”, - o bildirib.