03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BNA bu küçədə yeniliklər etdi - FOTO

14.08.2019

Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.
Xəbər verildiyi kimi, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib. Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri vardır.
Planlaşdırılan dəyişikliyin əsas üstünlükləri:

• Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi;

• Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması;

• Yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili;

• Avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması.

Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.