28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu rayonlarda qaz olmayacaq

14.08.2019

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.
"Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib ki, bu müddət ərzində SOCAR-ın Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.
Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.