28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İvanişviliyə qarşı hərəkatın adı açıqlandı

13.08.2019

Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər.
Bu sözləri öz Feysbuk səhifəsində "TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib. O, özünün yeni hərəkatını sentyabrda yaradacağını və "Layiqli Gürcüstan üçün” adlanacağını bildirib:
"Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq". Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”.
Qeyd edək ki, Xazaradze bundan öncə gürcü oliqarx Bidzina İvanişvilinin müttəfiqi olsa da, sonradan İvanişvili ona qarşı təzyiqləri gücləndirib. Nəticədə Xazaradzeyə qarşı cinayət işi açılıb və onun ölkəni tərk etməsi qadağan edilib. Xazaradze bunun ardınca bəyanat yayaraq, İvanişviliyə qarşı mübarizə üçün yeni hərəkat yaradacağını açıqlayıb.