30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dörd ekzoplanet aşkar edilib

12.08.2019

Keele Universitetinin (İngiltərə) professoru Coel Hellierin başçılıq etdiyi bir qrup astronom "WASP-South” yerüstü robot teleskopundan istifadə edərək dörd yeni isti Yupiter tipli ekzoplanet aşkar ediblər.
Trend-in məlumatına görə, bunlardan biri ən yüksək temperatura, digəri isə qəribə bir orbitə malik olan ekzoplanetlərdir.
İlk ekzoplanet "WASP-178b” Günəşdən təqribən 1360 işıq ili məsafədə yerləşir və ultra-isti Yupiterlərə aiddir. Planetin xarici təbəqələrinin gündüz vaxtı temperaturu 2470 Kelvin təşkil edir ki, bu da onun bu günə qədər tanınan ən isti ekzoplanetlərdən biri olduğunu sübut edir. Ekzoplanet öz ulduzu ətrafında 3.3 günə tam dövr edir, radiusu Yupiterin radiusunun 1.84, kütləsi isə təxminən 1.66 hissəsini təşkil edir.
İkinci kəşf edilmiş "WASP-184b” ekzoplanetinin kütləsi Yupiterin kütləsinin təxminən 0,57, radiusu isə 1.33 hissəsinə bərabərdir. Planet Günəşdən təqribən 2100 işıq ili məsafədə yerləşir və effektiv istiliyi 1480 Kelvindir.
Yeni kəşf edilmiş "WASP-192b” adlı üçüncü ekzoplanet olduqca ağırdır. Kütləsi Yupiterin kütləsindən 2.3 dəfə böyük, radiusu isə təqribən 1.23 hissəsinə bərabərdir. Günəşdən təqribən 1600 işıq ili məsafədə yerləşir. Planetin temperaturu təxminən 1620 Kelvindir.
Günəşdən 900 işıq ili məsafədə yerləşən dördüncü "WASP-185b” ekzoplanetin radiusu Yupiterin radiusunun 1,25 hissəsini təşkil edir, kütləsi isə təqribən Yupiterin kütləsinə bərabərdir. Onun orbitinin ekssentristeti təxminən 0.24 və periodunun təqribən 9.4 Yer sutkası qədər olması planetin qeyri-adi xüsusiyyətlərindəndir. Adətən belə isti Yupiterlər öz ulduzlarına daha yaxındırlar.