30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Rustavi2" kanalı satılır

12.08.2019

Gürcüstanın müxalif kanalı "Rustavi2"nin yeni sahibi, biznesmen Kibar Xalvaşi telekanalı  satışa çıxaracaq. 
Biznesmen bildirib ki, satışa səbəb kanalın maliyyə böhranı ilə üzləşməsidir.
"Mən bu nəticəyə gəlmişəm ki, telekanalın əvvəlki icraçı direktoru onu yalnız siyasi təsir aləti kimi görüb və  yaxşı niyyətlə idarə etməyib. Məhkəmə çəkişmələri başlayandan sonra əvvəlki rəhbərlik şirkətin imicini zədələmək üçün bütün vasitələrdən istifadə edib. İndi bütün məsuliyyətimlə deyə bilərəm ki, telekanalın durumu faciəvidir və kredit borcu 70 mln. lariyə yaxınlaşır. Bunun 27 mln. dollarını isə dövlət büdcəsindən borc götürüb. Təəssüf ki, mənim maliyyə qabiliyyətim telekanalı dərin böhrandan çıxarmağa qadir deyil. Ona görə də ictimaiyyət qarşısında açıq deyə bilərəm ki, "Rustavi2"nin alışı ilə maraqlanan tərəflərlə danışıqlara hazıram", - deyə K. Xalvaşi bildirib.
K. Xalvaşi telekanalı sabiq prezident Mixeil Saakaşviliyə satmayacağını bəyan edib. O bildirib ki, satış şəffaf və azad rəqabət şəraitində keçiriləcək.