30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hulusi Akar S-400-lərdən danışdı

12.08.2019

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi Ankara ilə ABŞ-ın Suriya böhranının həlli ilə bağlı danışıqlar apardığını açıqlayıb.
NTV xəbər verir ki, Hulusi Akar Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzinin yaxın zamanlarda qurulacağını bildirib.
"Bizim B və C planlarımız hazırdır, bununla bağlı addımlar atacağıq”, - deyə H.Akar əlavə edib.
Nazir Suriyada "sülh dəhlizi”nin eninin 30-40 kilometr olmasının vacibliyini vurğulayıb.
O, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci batareyasının yerləşdirilməsi üçün məkanların seçilməsi istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırıb.