03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan "Google" şirkətinə XƏBƏRDARLIQ

11.08.2019

Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sferasına nəzarət üzrə Rusiya Federal Xidməti (Roskomnadzor) "Google" şirkətindən "YouTube" videohostinqindən ölkədəki qanunsuz aksiyanın təbliğinə son qoymağı tələb edib.
Bu barədə bu gün "Roskomnadzor"un saytında məlumat yerləşdirilib.
"Roskomnadzor" "Google" şirkətinə məxsus "YouTube" videohostinqində reklam vasitələrindən Rusiyada seçkilərə müxtəlif səviyyələrdə müdaxilə üçün istifadə edilməyə çalışıldığını qeyd edib. "Roskomnadzor" "Google" şirkətinə ünvanlanan məktubda qeyd edib ki, şirkət Rusiyanın reaksiyasını nəzərə almasa, bu, müstəqil dövlətin işlərinə müdaxilə və Rusiyada demokratik seçkilərə mane olmaq cəhdi kimi qiymətləndiriləcək. "Roskomnadzor" bu halda adekvat reaksiya vermək hüququnu özündə saxladığını vurğulayıb.