03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail Hörmüz boğazına girərsə... - İran

11.08.2019

İsrail Hörmüz boğazına girərsə, bölgənin qəzəbi onu udar, dumanı Təl-Əvivdən yüksələr.
Bu sözləri İran parlamentinin Beynəlxalq İşlər üzrə özəl təmsilçisi Hüseyn Əmir Əbdüllahian İsrail XİN rəhbərinin ölkəsinin Körfəz koalisiyasına qatılacağı ilə bağlı açıqlamasına cavab olaraq deyib. O, belə bir addımın bölgəyə sülh və təhlükəsizlik gətirməyəcəyini bildirib:
"İran Hörmüz boğazının təhlükəsizliyində mühüm bir rola malikdir. Boğazdakı ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya İraq və Əfqanıstandakı işğalı təkrarlayarsa, bölgədə itkilərin sayı artacaq".
Qeyd edək ki, bundan əvvəl İsrailin Xarici İşlər naziri İsrail Katz ölkəsinin ABŞ-ın qurmağa çalışdığı Körfəz koalisiyasına qoşulacağını açıqlayıb.